İlyas İsmayılov oğlunun öldürülməsindən danışdı

10:43 | 20.09.2018
İlyas İsmayılov oğlunun öldürülməsindən danışdı

İlyas İsmayılov oğlunun öldürülməsindən danışdı

Ata üçün oğul itkisi çox ağırdır. Etimadın itkisi hamımızın ürəyini ağrıdır. Xəbərin ağırlığından çox sarsılmışam. Axırıncı dəfə 3-4 gün bundan qabaq telefon danışığımız olub. Xüsusi şübhələndiyimiz kimsə də olmayıb. Başqa nəsə danışa bilmirəm. Sadəcə, Etimadın öldürülməsi mənə pis təsir edib. Heç nə düşünə bilmirəm.

Anews.az xəbər verir ki, bu sözləri Modern.az-a ötən gecə Türkiyədə qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İlyasovun atası İlyas İsmayılov söyləyib. O, xəbərin şokundan heç nə düşünə bilmədiyini deyib.

İlyas İsmayılov qısa olaraq qatilin oğluna borcu olduğunu bildirib.

"Etimadın kiminləsə problemi olmayıb. O, iş adamı olub və həmin qatilin də ona borcu olub”.

Qeyd edək ki, azərbaycanlı iş adamı Etimad İsmayılov, İstanbuldakı ofisində silahlı hücuma məruz qalıb. Başından 2, ürəyindən 1 güllə ilə yaralanan İsmayılov xəstəxanaya çatıdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Silahlı hücumu törətdikdən sonra hadisə yerindən qaçan digər azərbaycanlı iş adamı, sabiq polis rəisi Gözəl Dəmirov artıq polis tərəfindən saxlanılıb.

Azərbaycanın tanınmış dövlət və ictimai-siyasi xadimi İlyas İsmayılov ölkənin keçmiş baş prokuroru və ilk ədliyyə naziri olub. Hüquq elmləri doktoru, professor İ.İsmayılov həm də keçmiş millət vəkilidir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM