İlyas İsmayılov debatlara niyə qatılmır?

13:10 | 04.10.2013
İlyas İsmayılov debatlara niyə qatılmır?

İlyas İsmayılov debatlara niyə qatılmır?

“Prezidentliyə namizəd kimi debatda iştirak etməməyimlə hansı qanunu pozmuşam? Hərənin öz yanaşması və taktikası var”.Bu açıqlamanı APA-ya Ədalət Partiyasının sədri, prezidentliyə namizəd İlyas İsmayılov verib.O, İctimai Televiziyanın efirində yayımlanan seçki debatlarında iştirak etməməsinin səbəblərini də açıqlayıb: “Biz qərara gəlmişik ki, debatlarda nümayəndələrimiz iştirak etsinlər. Burada qeyri-adi heç nə yoxdur. Debatda iştirak etməməklə heç bir qanunu pozmamışam”.İ. İsmayılov debata qatılmadığına görə ünvanına səslənən iradlara da münasibət bildirib: “Bu məsələdə mənə qarşı iradların səslənməsinin heç bir əsas yoxdur. Sadəcə, irad tutanlar məsələni düzgün başa düşmürlər. Nə irad ola bilər ki? Bizim tərəfdən debatda kimin iştirak edib-etməməsinin başqalarına heç bir dəxli yoxdur”.Qeyd edək ki, seçki təşviqatı dövründə İctimai Televiziyada prezidentliyə namizədlərin iştirakı ilə debat sona yaxınlaşır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM