• $ 1.7
  • € 1.7774
  • ₽ 1.8994
  • ₺ 0.047
  • £ 2.1344

İmamoğluna qarşı yeni istintaq başladılıb

İmamoğluna qarşı yeni istintaq başladılıb
27.01.2025 18:47
İstanbul Prokurorluğu Türkiyənin müxalifətçi Cümhuriyyət Xalq Partiyasını (CHP) təmsil edən İstanbul meri Əkrəm İmamoğlu barəsində yeni istintaqa başlayıb. Bu barədə türk mediası xəbər yayıb.
 
İstintaqın başlanması İmamoğlunun mətbuat konfransı keçirməsindən cəmi yarım saat sonra elan edilib.

İstintaq Türkiyə Cinayət Məcəlləsinin "İstintaqa, ekspertə və ya vəzifəsini yerinə yetirən şahidə təsir göstərmək” maddəsi üzrə aparılır.

İstanbul Baş Prokurorluğu, İmamoğlunun bəyanatlarını CHP-yə və onun yerli idarəetmədəki nümayəndələrinə qarşı "satılmış ekspert" tərəfindən saxta hesabatlar hazırlanması ittihamı kimi dəyərləndirib.

Ötən həftə isə İmamoğlu barəsində stanbul Baş Prokuroru və onun ailəsi ilə bağlı səsləndirdiyi fikirlərə görə, ayrıca istintaq başladılıb. 

İmamoğlu 2022-ci ilin dekabrında Türkiyə Mərkəzi Seçki Komissiyasının üzvlərini təhqir etməkdə ittiham olunaraq 2 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. 

Bu qərar apellyasiya şikayəti əsasında yenidən məhkəmə baxışındadır.

İmamoğlu 2019-cu ildən İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəridir və ötən ilin martında keçirilən yerli seçkilərdə yenidən bu vəzifəyə seçilib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyanın 7 hava limanı müvəqqəti bağlanıb
Dünya 10:10
Rusiyanın 7 hava limanı müvəqqəti bağlanıb
Altayda zəlzələ olub
Dünya 09:31
Altayda zəlzələ olub
Zelenski NATO-nun baş katibi ilə görüşüb
Dünya 08:58
Zelenski NATO-nun baş katibi ilə görüşüb
Çin dünya dövlətlərinə Ukrayna ilə bağlı çağırış edib
Dünya 23:34
Çin dünya dövlətlərinə Ukrayna ilə bağlı çağırış edib
Hakan Fidan Marko Rubio ilə görüşüb
Dünya 21:20
Hakan Fidan Marko Rubio ilə görüşüb
Cənubi Koreyada Çin səfirliyinə basqın etməyə cəhd edən şəxs saxlanılıb
Dünya 18:41
Cənubi Koreyada Çin səfirliyinə basqın etməyə cəhd edən şəxs saxlanılıb
Ukrayna ilə bağlı konkret danışmaq hələ tezdir - Zaxarova
Dünya 16:47
Ukrayna ilə bağlı konkret danışmaq hələ tezdir - Zaxarova
Netanyahunun ofisi Qəzzadan azad ediləcək girovların adlarını təsdiqləyib
Dünya 16:44
Netanyahunun ofisi Qəzzadan azad ediləcək girovların adlarını təsdiqləyib
Türkiyədə Quranı yandırmağa cəhd edən şəxs döyülüb
Dünya 15:55
Türkiyədə Quranı yandırmağa cəhd edən şəxs döyülüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol