Çimərlik mövsümünün başlama tarixi məlum oldu

16:00 | 14.06.2017
Çimərlik mövsümünün başlama tarixi məlum oldu

Çimərlik mövsümünün başlama tarixi məlum oldu

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sərəncamı ilə sabahdan çimərlik mövsümü açıq elan ediləcək.

Anews.az xəbər verir ki, bu barədə BŞİH-dən məlumat verilib.

Məlum olub ki, çimərliklərin açıq elan olunması ilə bağlı ərazilərin təmizlənməsi və s. məsələlərdə hər bir rayon icra hakimiyyəti özü məsuliyyət daşıyır.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Monitorinq İdarəsi ilə birgə may ayının 16-dan etibarən keçirdiyi monitorinqinin nəticələrinə görə, Abşeron yarımadasında Səbail rayonunun Şıx çimərliyi və Qaradağ rayonunun Sahil çimərliyi çimmək üçün yararsız hesab olunub. Buna görə həmin ərazilərdə vətəndaşların çimməsi məqsədəuyğun sayılmır. Adı qeyd olunan iki çimərliklə əlaqədar olaraq 2010-cu ildə qəbul olunan 83 saylı qərar qüvvədə saxlanılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti