Çimərlikdə batan qulaq sahibinə geri qayıtdı

21:22 | 24.06.2019
Çimərlikdə batan qulaq sahibinə geri qayıtdı

Çimərlikdə batan qulaq sahibinə geri qayıtdı

Amerikanın Cənubi Karolina ştatının sakini Merrit Yeqar çimərlikdə olarkən dalğa onun çox bahalı protez qulağını aparıb. Amma tapıb, qulağı sahibinə qaytarıblar.
Bizimyol.info xəbər verir ki, hadisə Merrit Yeqar Florida ştatında ailəsilə birlikdə istirahətdə olarkən baş verib. O, suya girəndə qulağını çıxarsa da, cibinə qoyub gizlətməyə imkan tapmayıb. Qəfildən gələn nəhəng dalğa sahildə onu yerə yıxıb. Su geri çəkiləndə o, protez qulağı nə qədər axtarsa da, tapa bilməyib.
Bir neçə gün sonra sahildə kimsə süni qulağı tapıb və polisə təhvil verib. Detektiv Brayan Holl "ABC News” telekanalına danışıb ki, bu cür tapıntıyla ilk dəfə idi onlara müraciət edirdilər: "Öncə başa düşmədim ki, bu, protezdir, yoxsa əsl qulaqdır. Biz "Facebook”da elan verdik. Hərçənd, anlayırdıq ki, onun sahibini tapmaq şansımız demək olar, yoxdur”.
Buna baxmayaraq, elan barədə informasiya Yeqara da gedib çatıb. O, polislə əlaqə saxlayaraq, protez qulağın ona məxsus olduğunu sübut edib. Bundan sonra qulağı Cənubi Karolina ştatına – onun evinə göndəriblər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM