Terim ailəsinin Tarabyadakı villada keçirəcəyi ziyafətə 30-a yaxın qonaq dəvət olunacaqTürkiyə futbol üzrə milli komandasının baş məşqçisi Fatih Terim dünyaya gələcək nəvəsi üçün ziyafət təşkil edəcək. ANS PRESS-in xəbərinə görə, Terim ailəsinin Tarabyadakı villada keçirəcəyi ziyafətə 30-a yaxın qonaq dəvət olunacaq. “Black tie” (Qara qalstuk) tərzində keçiriləcək ziyafətə dəvət olunan qonaqlar smokinq və xüsusi ziyafət geyimi geyinəcəklər. Ziyafətdə həm nəvə xəbəri, həm də 3 aylıq hamilə olan Merve Terimin 30 yaşı qeyd olunacaq.Ailənin kiçik qızı Buse Terimin isə bu ilin yayında toyu olacağı gözlənilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !