İmran Cəfərzadə: “Ayaqlarımı akula yedi” - FOTO

10:48 | 21.04.2014
İmran Cəfərzadə: “Ayaqlarımı akula yedi” - FOTO

İmran Cəfərzadə: “Ayaqlarımı akula yedi” - FOTO

“Ayaqlarımı akula yedi”.

Bugünkü qəhrəmanımızı çox adam tanıyır. Bu, səhlənkarlıq nəticəsində ayağını itirən, uzun və ağır müalicə prosesi keçən İmran Cəfərovdur.ANS PRESS xəbər verir ki, İmranın bütün ölkəni silkələyən, hər kəsi üzən faciəsinin üstündən 9 ay keçib. 3 yaşlı körpə 9 ayda 14 dəfə əməliyyat olunub. İmran “Ayaqlarımı çap-çupda akula yedi” deyir.Anası Nuridə xanım deyir ki, balaca İmran kameranı heç xoşlamır. Evdə kameranızı görüb gizlənəcək. Bu səbəbdən də ANS-in əməkdaşları onunla müalicə olunduğu Uşaq Bərpa Mərkəzində görüşüb. İmran bütün bacarıqlarını göstərir - yeriyir, qaçır. Möcüzə görmədim deyənlər baxsın, bu uşaq möcüzədir.Nuridə xanım mənim balamı Azərbaycan xalqının duaları qurtardı deyir.İmranın müalicəsi Almaniyada və Bakıda müsbət irəliləsə də onun balaca bədəni hələ uzun müddət mübarizə aparmalıdır.ANNET.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM