İmran Cəfərzadənin ailəsi 4 milyona yaxın təzminat istədi

12:20 | 17.05.2014
İmran Cəfərzadənin ailəsi 4 milyona yaxın təzminat istədi

İmran Cəfərzadənin ailəsi 4 milyona yaxın təzminat istədi

İstirahət mərkəzindəki hadisəyə görə keçirilən məhkəmə iyunun 3-dək təxirə salınıbXaçmazda “Nabran Village Holiday” istirahət mərkəzində azyaşlı İmran Cəfərzadənin ayağını itirməsi ilə nəticələnən hadisəyə görə ötən gün məhkəmə prosesi keçirilib.Xaçmaz rayon məhkəməsinin hakimi Anar İbrahimovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, məhkəmədə İ.Cəfərzadənin xəsarət almasında təqsirli bilinən istirahət mərkəzinin işçiləri Ramiz Əhmədov və Firdovsi İsmayılov dindirilib.Daha sonra zərərçəkən İ.Cəfərzadənin nümayəndəsi onun atası İbrahim Cəfərov və qanuni nümayəndəsi, babası Cavanşir Baxşıyev mülki iddia qaldırıb. Onlar məhkəmədə hakimdən İ.Cəfərzadəyə və onun ailəsinə dəyən maddi-mənəvi zərərə görə, 3 milyon 500 min dəyərində təzminat ödənilməsi barədə qərar çıxarmağı xahiş edib.Hakim isə məhkəməni iyunun 3-dək təxirə salıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb