Xətai Rayon Məhkəməsi "Məclis.info” saytının rəhbəri İmran Əliyev barəsində 2 ay 1 gün müddətinə həbs qətiimkan tədbiri seçib. Bu barədə Qafqazinfo məlumat verib.
Sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.3-cü (qaçaqmalçılıq-vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Turan İnformasiya agnetliyinin yazdığına görə, məhkəmə iclasında Əliyev fiziki təzyiqlərə məruz qalmasından şikayətlənib.
Əliyevin yaxınları Turan-a bildiriblər ki, o elektrik cərəyanı ilə işgəncələrə məruz qalıb.
Əliyevin yaxınları Turan-a bildiriblər ki, o elektrik cərəyanı ilə işgəncələrə məruz qalıb.
Müdafiə tərəfi həbs qərarından apellyasiya verəcəyini bildirib.
*Ötən il noyabrın 20-də "Abzas Media”nın direktoru Ülvi Həsənli saxlanılıb. Nəşrin ofisində axtarış zamanı polis 40 min avro "tapıb".
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittiham irəli sürülüb. Onları 5 ildən 8 ilədək həbs təhlükəsi gözləyir. Onlar xarici donorlardan qanunsuz qrant almaqda ittiham olunurlar.
Həmçinin Toplum TV-nin təsisçisiləri Ələsgər Məmmədli və Akif Qurbanov eyni maddələrlə ittiham olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.
Beynəlxalq jurnalist təşkilatları Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə çağırıblar.
N.Təbrizli
Bizi sosial şəbəkələrdə izləyin !