İmran Xan tərəfdarlarını Ravalpindi şəhərində toplaşmağa çağırdı

22:30 | 20.11.2022
İmran Xan tərəfdarlarını Ravalpindi şəhərində toplaşmağa çağırdı

İmran Xan tərəfdarlarını Ravalpindi şəhərində toplaşmağa çağırdı

Noyabrın 3-də silahlı hücumdan sonra evində müalicə alan Pakistanın keçmiş baş naziri İmran Xan Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) tərəfdarlarına səslənib.

Xan PTI tərəfdarlarını noyabrın 26-da İslamabad yaxınlığındakı Ravalpindi şəhərində toplaşmağa çağıraraq, onun da orada olacağını və növbəti fəaliyyət planını elan edəcəyini bildirib.

Hökumətə növbədənkənar seçkilər çağırışını davam etdirən Xan, aprel ayında Şahbaz Şərif hökumətinin vəzifəyə başlamasından bu yana ölkədə heç bir müsbət inkişafın olmadığını müdafiə edir.

Pakistanda aprelin 10-da parlamentdə keçirilən etimad səsverməsində İmran Xanın hökuməti əleyhdə verilən 174 səslə fəaliyyətini dayandırmalı olmuşdu.

Aprelin 11-də parlamentdə keçirilən seçkidə daha əvvəl üç dəfə baş nazir olmuş Nəvaz Şərifin qardaşı Şahbaz Şərif mütləq əksəriyyətin dəstəyi ilə baş nazir seçilib.

İmran Xan, koalisiya hökumətinin erkən seçkilər elan etmədiyini əsas gətirərək oktyabrın 28-də Lahordan İslamabada yürüşə başlayıb.

Noyabrın 3-də Vəzirabadda o və tərəfdarları atəşə tutulub. Nəticədə İmran Xan hər iki ayağından yaralanıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM