İmtahana buraxılmayan 32 şagird haqqında qərar verildi - ÖZƏL

15:19 | 19.04.2021
İmtahana buraxılmayan 32 şagird haqqında qərar verildi - ÖZƏL

İmtahana buraxılmayan 32 şagird haqqında qərar verildi - ÖZƏL

 Bakı şəhəri 323 nömrəli tam orta məktəbin 32 nəfər XI sinif şagirdi aprelin 30-u buraxılış imtahanı verəcək, bu barədə anews.az-a şagirdlərdən birinin valideyni məlumat verib.
 
"Məktəbin direktor və müəllimlərin məsuliyyəti üzündən 32 şagird qeydiyyatdan keçiməməsi səbəbindən Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda iştirak edə bilməyib. Buna görə də problem biz valideynlər tərəfindən dinlənilərək aprelin 30-a yenidən imtahan keçirilməsi barəsində qərar verilib" 
 
Qeyd edək ki, bir neçə gün öncə Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanda məktəbin 32 şagirdi iştirak edə bilməyib. Səbəb məktəbin direktoru tərəfindən uşaqların vaxtında qeydiyyata almaması olub. Təhsil nazirliyindən bildirib ki, həmin məktəbin direktoru haqqında tədbir görüləcək. 
 
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM