İmtahandan az bal yığan gənc özünü binadan atıb

18:01 | 02.06.2024
İmtahandan az bal yığan gənc özünü binadan atıb

İmtahandan az bal yığan gənc özünü binadan atıb

Sosial şəbəkələrdə Yeni Günəşli qəsəbə sakininin imtahandan az bal topladığı üçün intihar etdiyi haqda xəbərlər yayılıb.

TƏBİB-dən "Qafqazinfo"ya verilən məlumata görə, 02.06.2024-cü il tarixində saat 11:11-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Massiv V-dən bir nəfərin intihara cəhd etməsi səbəbilə çağırış daxil olub.

Bildirilib ki, dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. Təxminən, 18 yaşlı şəxsin (kişi cinsli) həkiməqədər ölümü qeydə alınıb.
 
Gəncin özünü evin damından atdığı deyilir.

Suraxanı Rayon Prokurorluğu hadisənin baş vermə səbəblərini araşdırır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM