İmtahanqabağı bu qidalardan uzaq durmaq lazımdır

20:48 | 12.06.2014
İmtahanqabağı bu qidalardan uzaq durmaq lazımdır

İmtahanqabağı bu qidalardan uzaq durmaq lazımdır

Ali məktəbə imtahan verdiyi gün məzunlar üçün ən yaddaqalan, ən həyəcanlı, bəziləri üçünsə ən qorxulu günlərdən biri olur. Buna görə də imtahana, mümkün qədər, yaxşı hazırlaşmaq, həm savad, həm psixoloji, həm də fiziki cəhətdən hazır olmaq lazımdır.
Aktual.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, imtahan günü mütləq yeməyə diqqət edilməlidir, əks təqdirdə, yorğunluq və başağrısı ola bilər. Gün ərzində ən az 1 litr su için. Kofe və çox miqdarda çayın qəbuluna diqqət edin.
Həyəcan, stress və narahatlığa səbəb ola bilər. Dərs oxuyarkən, cips, şirniyyat və qazlı suların əvəzinə süd, qatıq, pendir, təzə meyvə və tərəvəzlərin qəbul edilməsi daha xeyirlidir. Çöldə satılan qidalar kifayət qədər etibarlı və təmiz deyil. Bu səbəbdən, ayaqüstü yeməklərdən, mümkün qədər, uzaq durmaq lazımdır.
Zehni qabiliyyəti artıran, dəmirlə zəngin olan qidalar qəbul edilməlidir. Yaddaş probleminiz varsa. balıq, qoz və ətin qəbuluna xüsusi diqqət edin. İmtahan ərəfəsində susamağınıza səbəb olacaq yağlı və duzlu qidalardan uzaq durun.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti