Çin 2043-cü ilə qədər kommersiya təyyarə parkını genişləndirəcək

14:56 | 28.08.2024
Çin 2043-cü ilə qədər kommersiya təyyarə parkını genişləndirəcək

Çin 2043-cü ilə qədər kommersiya təyyarə parkını genişləndirəcək

Çin 2043-cü ilə qədər kommersiya təyyarə parkını iki dəfədən çox artırmaq niyyətindədir. Bu barədə Boeing Co verdiyi proqnozda bildirilib.  

Boeing-in yeni proqnozuna görə, Çinin kommersiya təyyarə parkı 2043-cü ilə qədər indiki 4,345 mindən 9,74 minə qədər artacaq.

Boeing həmçinin bildirib ki, bu müddət ərzində ölkənin 8,83 min yeni kommersiya təyyarəsinə, o cümlədən 6,72 mini dar gövdəli sərnişin təyyarəsinə, 1,575 mini enli gövdəli təyyarələrə və 170 yük təyyarəsinə ehtiyacı olacaq.
 
Yeni təyyarələrin təxminən 60%-i parkın genişləndirilməsinə, 40%-i isə köhnə modelləri daha qənaətcil olan təyyarələrlə əvəz etmək üçün istifadə olunacaq.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür