Çin ABŞ-a qarşı sanksiyalar tətbiq edib

13:27 | 27.12.2024
Çin ABŞ-a qarşı sanksiyalar tətbiq edib

Çin ABŞ-a qarşı sanksiyalar tətbiq edib

Çin Tayvan hakimiyyətinə silah satışına görə ABŞ-ın hərbi sənaye müəssisələrinə sanksiya tətbiq edib. RİA Novosti xəbər verir ki , bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

Yeddi müəssisə Pekinin məhdudiyyətləri altına düşüb.

Çin Xarici İşlər Nazirliyi qeyd edib ki, məhdudlaşdırıcı tədbirlər dekabrın 27-dən qüvvəyə minəcək və Aerkomm, Hudson Technologies, Insitu, Oceaneering International, Raytheon Australia, Raytheon Canada və Saronic Technologies şirkətlərinə qarşı yönələcək. Pekinin tədbirləri adıçəkilən müəssisələrin əmlakının və ÇXR-də idarə olunmasının dondurulmasını nəzərdə tutur.
 
 
Tətbiq olunan sanksiyalar Çin şirkətlərinə məhdud Amerika müdafiə şirkətləri ilə müəyyən əməliyyatlar aparmağı qadağan edir.
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM