Çin Kazanda BRICS sammitinin təşkilində və qlobal Cənubun birləşdirilməsində Rusiya ilə tam əməkdaşlıq edəcək. Bunu Çinin Rusiya Federasiyasındakı səfiri Çjan Xanhui "Valday” Beynəlxalq Diskussiya Klubunun Rusiya-Çin konfransının açılışında deyib.
"Bir neçə gündən sonra Kazanda mühüm hadisə - yüksək səviyyəli sammit, BRİKS liderlərinin sammiti keçiriləcək və Çin burada sammitin təşkilində, BRİKS mexanizminin daha da gücləndirilməsində, Rusiya tərəfinin birləşməsində Rusiya tərəfi ilə tam əməkdaşlıq edəcək", - o bildirib.
BRİKS sammiti oktyabrın 22-24 Kazanda keçiriləcək.
Azərbaycanın BRİKS-ə qoşulmaq üçün rəsmi müraciətinə assosiasiyanın bu ilin oktyabrında Kazanda keçiriləcək sammitində baxıla bilər.
İyulun 11-də Sankt-Peterburqda keçirilən X BRİKS Parlament Forumunun plenar iclasında çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan BRİKS-in tamhüquqlu üzvü olmaq istəyir.
Avqustun 20-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, respublika BRİKS-ə qoşulmaq üçün rəsmi müraciət edib.

Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !