Çin dünyanın ən sürətli internetini istifadəyə verib

23:58 | 14.11.2023
Çin dünyanın ən sürətli internetini istifadəyə verib

Çin dünyanın ən sürətli internetini istifadəyə verib

Çin saniyədə 1,2 Terabit məlumat ötürmə sürətini təmin edən yeni fiber-optik internet kabelini istifadəyə verib.

Bu, bir saniyədə 150 ​​HD filmin ötürülməsinə bərabərdir.

Uzunluğu üç min km-dən çox olan kabel Çinin üç böyük şəhərlərini birləşdirir: Pekin, Uhan və Quançjou.

Layihəni Çinin aparıcı təşkilatları, o cümlədən Tsinhua Universiteti, "China Mobile”, "Huawei Technologies” və "Cernet Corporation” icra edib.

Qeyd olunur ki, Çin kabeli amerikalı rəqiblərindən on dəfəyə qədər sürətlidir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb