Çin-Hindistan sərhədində hərbçilər arasında qarşıdurma

21:30 | 25.01.2021
Çin-Hindistan sərhədində hərbçilər arasında qarşıdurma

Çin-Hindistan sərhədində hərbçilər arasında qarşıdurma

Çin və Hindistanın sərhədində hərbçilər arasında yenidən qarşıdurma yaşandığı iddia edilib.

Hadisənin Hindistanın Naku La keçidində baş verdiyi, hər iki tərəfdən yaralılar olduğu bildirilib.

Xatırladaq ki, Çin və Hindistan hərbçiləri arasında 2020-ci ilin iyun ayında qarşıdurma yaşanmış, nəticədə, 20 Hindistan əsgəri həyatını itirmişdi.

Qeyd edək ki, iki ölkə arasındakı Himalay dağları ilə əhatə olunan sərhəd xətti Çin və Hindistan arasında dominantlıq mübahisələrinə səbəb olur. Çaylar, göllər, buzlaqlar və qarlı zirvələrin olduğu 3500 kilometrlik sərhəd tərəfləri tez-tez qarşı-qarşıya gətirir. qafqazinfo

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb