Çin İranla hərbi münasibətləri dərinləşdirmək istəyir. Bunu oktyabrın 15-də Tehranda çinli admiral deyib.
Admiral Sun Jianguo İranın müdafiə naziri Hossein Dehghan ilə görüşdə söyləyib ki, Çin İranla əlaqələrin inkişafına böyük diqqət ayırır. Məlumatı Çinin Müdafiə Nazirliyi yayıb.
İranlı general mayor Mohammad Baqeri-nin sözlərinə görə, iki ölkə "iqtisadi münasibətlər kimi siyasi əlaqələri də irəlilətməyə” razılaşıblar.
Ötən il ilk dəfə olaraq Çinin iki hərbi gəmisi İranın Bandar Abbas limanına yan alıb, Körfəzdə birgə donanma təlimlərinə qatılıb.
Çinlə İranın sıx diplomatik, iqtisadi, ticari və enerji əlaqələri var. Çin İran neftinin ən böyük alıcısıdır. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !