Çin lideri Yaxın Şərqə səfərə çıxır - İlk dəfə

14:04 | 01.04.2015
Çin lideri Yaxın Şərqə səfərə çıxır - İlk dəfə

Çin lideri Yaxın Şərqə səfərə çıxır - İlk dəfə

Çin dövlət başçısı Cinpinq Orta Şərqə ilk ziyarətini aprel ayında gerçəkləşdirəcək. Onun ilk ayaq basacağı şərq torpağı Misir vı Səudiyyə ərəbistanı olacaq

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Çin Orta Şərqdə fəaliyyətini artırmaq niyyətindədir. Bu məqsədlə Çinin dövlət başçısı Şi Cinpinq aprel ayında şərq ölkələrinə, o cümlədən Pakistana rəsmi səfər edəcək. Eyni zamanda o, Bandunq Konfransının 60-cı ildönümü münasibətilə Endoneziyada olacaq.

Qeyd olunub ki, son illər Çin hökuməti Şərq ölkəlri ilə bağlı siyasətində dəyişiklik etmək istəyir və daha çox diqqət Misir və Səudiyyə Ərəbistanınadır.

Çinin keçmiş liderlərinin Orta Şərqə rəsmi səfər siyahılarına diqqət çəkildikdə maraqlı mənzərə ortaya çıxır. Belə ki, sabiq dövlət başçılarından Jianq Zemin 2000 ilin aprel ayında İsrail, Fələstin, Misir və Türkiyəyə səfər edib. Onun Fələstin və İsrailə gələn ilk və indiki zamana qədər son Çin lideri olduğu bildirilir.

Jianq Zemindən sonra digər dövlət başçıları Hu Jintao 2004, 2006, 2009-cu illərdə Orta Şərqə rəsmi səfər edib.

ANN.Az



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM