Çin ordusu 28 uyğuru öldürdü

10:18 | 21.11.2015
Çin ordusu 28 uyğuru öldürdü

Çin ordusu 28 uyğuru öldürdü

Çin rəsmiləri bildirirlər ki, ölkənin təhlükəsizlik qüvvələri "Sintszyan mədəninə basqına görə məsul olan 28 nəfəri öldürüb”.

Çin rəsmiləri bildirirlər ki, ölkənin təhlükəsizlik qüvvələri "Sintszyan mədəninə basqına görə məsul olan 28 nəfəri öldürüb”.

Sintszyan uyğur muxtar vilayətində 56 gün ərzində aparılmış əməliyyat zamanı bir nəfərin həbs olunduğu xəbər verilib.

Yerli hökumətin Tyanşan xəbər portalının sentyabrın 18-də verdiyi məlumata görə Soqan daş kömür karxanasına edilmiş basqın zamanı 16 nəfər öldürülümüşdü.

Xəbər verilir ki, etnik uyğurların yaşadığı bu bölgədə tez-tez qiyamlar baş verir.

"56 günlük davamlı döyüşdən sonra Sintszyan birbaşa xarici ekstremist qrupun tabeleyində olan terrorçu dəstəni məhv edib. Bir nəfər təslim olub, 28 quldur öldürülüb” – deyilir Xinjiang Daily qəzetinin xəbərində.

Reuters agentliyi bildirir ki, Çin hökumətinin senzura siyasətinə görə bu bölgədə baş verən hadisələrin doğruluğunu təsdiq etmək çətin olur. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti