Çin polisi üç "şübhəli" uyğuru güllələyib

11:08 | 15.07.2015
Çin polisi üç

Çin polisi üç "şübhəli" uyğuru güllələyib

Çinin şimal-şərqindəki Şenyan şəhərində polis əməkdaşları, bıçaqlarla silahlanmış və etnik uyğur olduğu deyilən üç şübhəli şəxsi güllələyiblər.

ANS PRESS-in məlumatına görə, Çin polisindən bildiriblər ki, atışma 3 kişi və bir qadın uyğur müsəlmanların kirayə qaldığı evdə polis reydi keçirilən zaman baş verib.Uyğurlar ölkənin qərbində yerləşən Sincan regionundan gəliblərmiş.

Qeyd edək ki, Pekin uyğur Sincan və ölkənin digər bölgələrində terrorçuluq törətməkdə ittiham edir.Uyğrlar isə bildirirlər ki, iğtişaşaların yaranmasının əsas səbəbi Çin polisinin repressiv hərəkətləridir.

Çində yaşayan uyğurlar polisin repressiv hərəkətlərindən şikayətçidirlər

Rəsmi Çinin uyğur azlıqları sıxışdırması Avropa birliyi və ABŞ və Türkiyə tərəfindən tənqid olunur. Tailandın Çindən qaçan 100 uyğuru ölkəyə qaytarması isə beynəlxalq diplomatik qalmaqala çevrilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM