Noyabrın 10-da başlayan Asiya-Sakit Okean İqitsadi Forumunda Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə qalmaqal yaranıb.
ANN.Az Modern.az-a istinadən xəbər verir ki, qalmaqala səbəb Rusiya prezidentinin Çin Xalq Respublikasının sədri Si Çzinpinin xanımı Pen Liyuanın çiynini isti şalla örtməsi olub.
Qərb mediası Avropada Putinin bu hərəkətinin alicənablılıq kimi qəbul olunduğunu, Çində başqa qadına toxunmağın böyük ədəbsizlik sayıldığını xatırladıb. Digər tərəfdən, Putinin diplomatiyanın yazılmamış qanununu - “heç vaxt başqa diplomatın qadınına toxunma” qaydasını pozduğu iddia olunur.
Hadisəyə gəlincə, Qərb mətbuatı Çin rəhbərinin Barak Obama ilə söhbətə başının qarışdığını görən Vladimir Putinin “bü gün nəsə yaman soyuqdur”, - deyərək havadan şikayətlənən Pen Liuyanı palıdı rəngdə şalla çiyinlərini örtməsi şəklində nəlq edir. Putinə təşəkkür edən Çinin birinci ledisi dərhal şalı öz mühafizəçilərinə verir və üzərinə qara gödəkcə keçirir. Hadisənin videosunu Çin dövlət senzurası qadağan etsə də, media işçiləri tərəfindən Youtube-yə sızdırıldıqdan sonra ölkədə böyük müzakirələrə səbəb olub. Çin cəmiyyəti Putinin hərəkətini ədəbsizlik və centlenmelik kimi qələmə verən 2 fərqli qrupa ayrılıb. Alman mətbuatı ötən il həyat yoldaşından ayrılan Vladimir Putinin qadın qayğısına ehtiyacı olduğunu qeyd edib. Britaniya mətbuatı isə Putinin Çinin birinci ledisinə şal verməsini “coatgate” (Uotorgeyt qalmaqalı ilə analoq) qalmaqalı adlandırıb.Çində kişilərin qadınlara toxunması, yardım etməsi və digər hərəkətlər qəbulediləmz sayılır.
Bizi sosial şəbəkələrdə izləyin !