Çin səddinə aid yeni qalıqlar aşkarlanıb

11:29 | 18.04.2014
Çin səddinə aid yeni qalıqlar aşkarlanıb

Çin səddinə aid yeni qalıqlar aşkarlanıb

Böyük Çin səddinə uzunluğu dəyişib. 
ANS PRESS-in məlumatına görə, arxeoloqlar Çinin cənub-qərbindəki Ningşia Hui Muxtar vilayətində səddin yeni qalıqlarını aşkar ediblər. Qalıqlar 20 metr uzunluqdakı ərazini əhatə edir. 
Yeni tapılan hissələr 3 hissədən ibarətdir. İlk hissənin uzunluğu 5, eni 3-4, hündürlüyü 6 metr olub. Digər iki hissə isə 10 metr uzunluğunda, 5 metr hündürlüyündə olub. 
Məlumata görə, divarların bu hissəsi çay donan zaman şəhərə basqın edən yadellilərdən müdafiə məqsədilə inşa edilib. Divarlar sonradan dağılsa da, Çin Xənadanlığı dövründə yenidən inşa edilmişdi. 
Yeni qalıqların ən azı 2 min 470 illik olduğu zənn edilir. 
Çin səddi UNESCO tərəfindən 1987-ci ildə dünya mədəni irs siyahısına salınıb. Çin 2006-2010-cu illər arasında hazırladığı 11-ci 5 illik planda dünyanın ən uzun divarının qorunması üçün 500 milyon yuan (təqribən 80 milyon dollar) ayırdığını açıqlamışdı.
ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM