Çin siqaretdən “ölüm epidemiyası” ilə üzləşib

18:30 | 09.10.2015
Çin siqaretdən “ölüm epidemiyası” ilə üzləşib

Çin siqaretdən “ölüm epidemiyası” ilə üzləşib

Yeni tədqiqatlara görə, Çində 20 yaşın altında olan insanların üçdə biri, siqareti atmayacaqları təqdirdə, vaxtsız həyatını itirəcək.

The Lancet tibb jurnalında dərc edilmiş araşdırmaya görə, indi Çində kişilərin üçdə ikisi 20 yaşından əvvəl siqaret çəkməyə başlayır.

Onlardan təxminən yarısı bu vərdişə görə öləcək, araşdırmada deyilir.

Alimlər yüz minlərlə insanı əhatə etmiş ölkə miqyaslı iki təhqiqat həyata keçiriblər.

Əgər bu cür davam edərsə, 2030-cu ilədək Çində siqaretə görə ölənlərin sayı, əsasən də kişilər arasında, iki milyona çatacaq, araşdırmada deyilir.

Araşdırma Oxford Universiteti, Çin Tibb Elməli Akademiyası və Çin Xəstəliklərə Nəzarət Mərkəzi tərəfindən həyata keçirilib.

Lakin müəlliflərdən biri olan Richard Peto bildirib ki, əgər bu insanlar siqareti atmağa razılaşarsa, ümid var.

"Bu kütləvi ölüm dalğasının qarşısını almağın yolu siqareti tərgitmədən keçir və əgər siz gəncsizsə, siqaret çəkməyə başlamayın,” o deyib.

İnkişaf etmiş ölkələrdə siqaret çəkənlərin sayı azalsa da, Çində bu rəqəm artıb. ABŞ-da siqaret çəkənlərin sayı, əhalinin beşdə birindən azdır.

Çin rəsmiləri bu artıma görə narahat olduqlarını bildiriblər. Pekin hətta ictimai siqaret qadağasını tətbiq edib.

Lakin bu vərdişin ölkədəki populyarlığı və sahənin gəlirli olması, bütün cəhdlərə mane olur. //bbc.com/azeri
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM