Çin superkompüter ölkəsinə çevrilir

21:35 | 18.11.2015
Çin superkompüter ölkəsinə çevrilir

Çin superkompüter ölkəsinə çevrilir


«Top500.org» reytinqinə əsasən, dünyada ən güclü superkompüterlərin reytinqində Çin sistemlərinin sayı 37-dən 109-dək artıb. ABŞ superkompüter sistemlərinin sayı 199-dək azalıb ki, bu da 1993-cü ildən etibarən qeydə alınmış ən aşağı göstəricidir. Reytinqdə yer almış rusiyalı sistemlərin sayı 8-dən 7-dək azalıb. Superkompüterlər tədqiqat və işləmələrin ucuzlaşması və sürətlənməsi üçün sənaye və elm sahələrində tətbiq olunur.
 
 
«ICTnews.az» saytı «vedomosti.ru» saytına istinadən yazır ki, Çin superkompüteri ilk dəfə 2010-cu ilin noyabr reytinqində 1-ci pilləni tutub. Bu, saniyədə 2,56 kvadrillion əməliyyat gücünə malik «Tianhe-1A» superkompüteri olub. «Top500.org» reytinqinin materiallarına əsasən, əvvəllər ilk pillədə ABŞ və ya yapon superkompüterləri qərarlaşıb. «Tianhe-1A»-dan sonra yapon superkompüteri birinci olub, 2012-ci ilin noyabr və iyununda isə ABŞ-ın «Sequoia» və «Titan» superkompüterləri ilk pillədə qərarlaşıblar. 2013-cü ilin iyun reytinqində Çinin «Tianhe-2» superkompüteri yenidən birinciliyi ələ keçirib. Bu hesablama qurğusunun gücü «Titan» superkompüterini 2 dəfə ötüb və indiyədək reytinqdə ilk pilləni tutur.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM