“İnanıram ki, sabah ən yaxşı oyunlarımızdan birini keçirəcəyik”

22:58 | 29.09.2021
“İnanıram ki, sabah ən yaxşı oyunlarımızdan birini keçirəcəyik”

“İnanıram ki, sabah ən yaxşı oyunlarımızdan birini keçirəcəyik”

"Son vaxtlar Kiprə tez-tez gəlirik. Yenidən burada olmaq mənim üçün xoşdur”.

"Qafqazinfo” xəbər verir ki, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda "Omoniya" ilə oyun öncəsi mətbuat konfransında deyib.

O bildirib ki, qarşılaşdığımız hər komandanın öz oyun fəlsəfəsi var:
"Omoniya” həmin rəqiblərdən bir az fərqlidir. Burada yaxşı oyun göstərmək istəyirik. Meydanda əlimizdən gələni edəcəyik. Bu komandaya qarşı həm ehtiyatlı olmalı, həm də 90 dəqiqə ərzində rəqibi nəzarətdə saxlamalıyıq. İnanıram ki, sabah ən yaxşı matçlarımızdan birini keçirəcəyik”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM