• $
  • €
  • ₽
  • ₺
  • £

Çində bir litr yarım “Cola” içən gənc öldü

Çində bir litr yarım “Cola” içən gənc öldü
24.09.2021 23:50
10 dəqiqə ərzində bir litr yarım "Cola” içən Çin sakini növbəti gün dünyasını dəyişib.

"Qafqazinfo” xəbər verir ki, bu barədə "Daily Mail” yazıb. Qazlı içkini içdikdən 6 saat sonra 22 yaşlı kişi mədəsində şiddətli ağrı və şişkinlikdən şikayətlə Pekin xəstəxanasına müraciət edib. Həkimlər ona pnevmatoz- bağırsaq divarında hava kistlərinin əmələ gəlməsi və qaraciyər işemiyası diaqnozu qoyublar.

Bundan əlavə, gəncin ürək döyüntüsü və tənəffüsü zəifləyib, qan təzyiqi isə düşüb. 12 saatdan sonra qan analizləri onun qaraciyərinin ağır zədələndiyini göstərib. Daha sonra vəziyyəti pisləşən şəxs klinikaya getdikdən 18 saat sonra ölüb.

Çinli həkimlər hesab edir ki, pasiyent "Cola”nı sürətlə içdiyi üçün orqanizmə xeyli miqdarda karbon qazı yığılıb. Bu isə qaraciyərdə oksigen çatışmazlığına və ölümə səbəb olub. Tibb işçiləri, həmçinin, əlavə ediblər ki, qaraciyərin əsas qan damarlarından biri olan portal damara bağırsaqlardan qan sızıb.

Londonlu bio-kimyaçı Natan Devis isə hesab edir ki, gənc bədəndə qazların yığılmasına səbəb olan bakterial infeksiyadan dünyasını dəyişib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan Fransaya gedib
Dünya 23:51
Paşinyan Fransaya gedib
İzmirdə zavodda baş verən partlayışla bağlı 6 nəfər saxlanılıb
Dünya 23:00
İzmirdə zavodda baş verən partlayışla bağlı 6 nəfər saxlanılıb
ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək
Dünya 19:54
ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək
İzmirdə zavodda baş verən partlayış nəticəsində ölənlərin sayı 10-a çatıb - yenilənib
Dünya 18:26
İzmirdə zavodda baş verən partlayış nəticəsində ölənlərin sayı 10-a çatıb - yenilənib
Türkiyədə 4,6 maqnitudalı zəlzələ olub
Dünya 16:38
Türkiyədə 4,6 maqnitudalı zəlzələ olub
Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb
Dünya 13:23
Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb
У берегов греческого острова Крит обнаружены тела 12 нелегальных мигрантов
Dünya 12:00
У берегов греческого острова Крит обнаружены тела 12 нелегальных мигрантов
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
Dünya 10:33
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
Çində yaşayış kompleksində yanğın nəticəsində 14 nəfər ölüb
Dünya 08:51
Çində yaşayış kompleksində yanğın nəticəsində 14 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol