Çində koronavirusa yoluxma yenidən sürətlə artır

18:00 | 26.11.2022
Çində koronavirusa yoluxma yenidən sürətlə artır

Çində koronavirusa yoluxma yenidən sürətlə artır

Çində ardıcıl üçüncü gündür ki, pandemiyanın bütün dövrü ərzində aşkarlanan COVID-19 hallarının sayında gündəlik antirekord qeydə alır.

Son sutka ərzində Çində 35183 yoluxma hadisəsi qeydə alınıb ki, bunun da əksəriyyəti asemptomatikdir.

Çin Xalq Respublikası Səhiyyə üzrə Dövlət Komitəsinin məlumatına görə, cümə axşamı 31656,  cümə günü isə 32943 yeni yoluxma qeydə alınmışdı.
 
Son sutka ərzində yeni halların əksəriyyəti cənubdakı Quanqdonq əyalətində (1016 təsdiqlənmiş, 7406 asemptomatik), Pekində (587 təsdiqlənmiş, 2009 asimptomatik) aşkar edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM