Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, onunla bərabər onun kiçik qardaşı Lyu Vey və üç əlbiri güllələnib.
Lyu Han 13 müddəa, o cümlədən də qətl, qeyri-qanuni kazinoların yaradılması, cinayətkar qrupun təşkili, odlu silahın qanunsuz satışı üzrə ittiham edilib.
O, 1997-ci ildə Hanlong Group şirkətini təsis edib, bu şirkət Sıçuan əyalətində ən iri özəl müəssisə olub. Şirkətin maraqları energetikadan daşınmaz əmlaka qədər müxtəlif sferalara bölünürdü.
Lyu Hanın adı Çinin ən varlı 500 vətəndaşının siyahısına daxil idi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !