Çində Ramazan ayında oruc tutmaq qadağan edildi

20:00 | 18.06.2015
Çində Ramazan ayında oruc tutmaq qadağan edildi

Çində Ramazan ayında oruc tutmaq qadağan edildi

"Onlar oruc tutmamaq nümunəsi olacaqlar”.

Çinin Sintszyan regionunda yerli hökumət Kommunist partiyasının üzvlərinə, dövlət qulluqçularına və büdcə müəssisələrinin əməkdaşlarına müsəlmanlar üçün müqəddəs olan Ramazan ayında oruc tutmağı qadağan ediblər.

Oxu.Az İslamNews-a istinadən xəbər verir ki, Sintszyanın müxtəlif idarələrinin rəsmi saytlarında məmurlara, dövlət qulluqçuları, pedaqoq, tələbə və məktəblilərə oruc tutmağın qadağan edilməsinə dair xəbərdarlıqlar yerləşdirilib.  

Bəzi işçilər Ramazan ayı ərzində oruc tutmayacaqları haqqında hətta yazılı iltizam belə alırlar. Bu iltizamlarda onlar "dini etiqadlarının olmaması, dini mərasimlərə qatılmayacaqlarını və Ramazan ayında oruc tutmamaqda nümunə olacaqlarını təsdiqləyirlər”.

Bundan başqa, bəzi nəzarət orqanları ümumi qida müəssisələrindən Ramazan boyu gündüz saatlarında müəssisələri bağlamamağı, mağazalardan isə öz çeşidləri sırasına siqaret və alkoqollu içkiləri əlavə etməyi tələb ediblər.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM