Çində silahlı hücum zamanı 7 nəfər xəsarət alıb

23:00 | 21.09.2020
Çində silahlı hücum zamanı 7 nəfər xəsarət alıb

Çində silahlı hücum zamanı 7 nəfər xəsarət alıb

Çinin cənubundakı Quandun əyalətinin Quançjou şəhərində bıçaqla silahlanmış şəxs uşaq bağçasının yaxınlığında ətrafdakılara hücum edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Qeyd edilir ki, hadisə zamanı 7 nəfər xəsarət alıb, onlardan 5-i uşaqlardır. Uşaqlardan ikisinin vəziyyəti ağırdır. Yaralıların hamısı tibb müəssisəsinə çatdırılıb. Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb