Çində snayper metroda girov qadını belə xilas etdi - VİDEO

18:55 | 04.09.2019
Çində snayper metroda girov qadını belə xilas etdi - VİDEO

Çində snayper metroda girov qadını belə xilas etdi - VİDEO

Çinin Nanninq şəhərində metro stansiyasında bıçaqlı şəxs bir qadını girov götürüb.

Anews.az "Posta”ya istinadən xəbər verir ki, hadisə yerinə gələn polislər 2 saat silahlı şəxslə danışıqlar aparsa da, onu fikrindən daşındıra bilməyiblər.

Buna görə hadisə yerinə snayper çağırılıb. Snayper silahlı şəxsə görünməmək üçün qarşısında dayanan bir polisin arxasında üzü üstə yerə uzanıb və onun ayaqları arasından silahlı şəxsi başından vuraraq zərərsizləşdirib. Bununla da girov qadın xilas edilib.


O bildirib ki, 19 illik polis həyatında ilk dəfə bir cinayətkarı öldürmək məcburiyyətində qalıb.

Zenq Hao adlı həmin snayper və əməliyyatda iştirak edən digər polislər uğurlu əməliyyata görə mükafatlandırılıblar. 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb