Çində təhsil alan daha 2 tələbə KTM-ə yerləşdirilib - RƏSMİ

09:40 | 19.02.2020
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb. 

Kliniki Tibbi Mərkəzdən Səhiyyə verilən məlumata görə, fevralın 19-u üçün yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib.

Onlar Çinin Huancou şəhərində təhsil alan 1997-ci il təvəllüdlü iki Azərbaycan vətəndaşıdır. Hər ikisi Çinin Şanxay şəhərindən təyyarə ilə Moskvaya daha sonra isə Bakıya gəliblər. Bu gün gecə saat 3 radələrində hava limanına daxil olan tələbələr öz istəkləri ilə, həkim müşahidəsi üçün, Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Qeyd edək ki, Çinin Huancou şəhəri xəstəlik alovlanan ərazidən kənarda yerləşir. Həkim müşahidəsinə götürülən tələbələrin xəstə şəxslərlə kontaktı olmayıb.

Saat 07:30 üçün yoluxucu xəstəliklər şöbəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur, səhhətlərində problem yoxdur. Həkim müşahidələri davam edir.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti