Çində təqribən 1 milyard insan internetdən istifadə etmir

12:58 | 30.11.2013
Çində təqribən 1 milyard insan internetdən istifadə etmir

Çində təqribən 1 milyard insan internetdən istifadə etmir

Bu ilin sentyabr ayına olan məlumata görə, Çində internet istifadəçilərinin sayı 604 milyon olub, bu da cari ilin iyun ayı ilə müqayisədə 66 milyon çoxdur.

Çində istifadəçilərin əksəriyyəti internetə mobil qurğulardan daxil olurlar.

Gun.Az-ın məlumatına görə, onların sayı 464 milyona çatıb və sürətlə artmaqda davam edir.

Yüksək artım tempi sayəsində Çində internetin nüfuzetmə səviyyəsi 45 faizə çatıb. Bu parametr üzrə Çin orta dünya göstəricisini üstələyib.

Qeyd edək ki, Çin əhalisinin sayı 1 milyard 500 milyondan çoxdur və deməli, ölkə əhalisinin təqribən 1 mlrd. nəfəri internetdən istifadə etmir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM