Bizimyol.info xəbər verir ki, Çində virus həkimləri məhv edir. Pnevmoniyanın qarşısını almaq üçün birbaşa mübarizə aparan tibb işçiləri özləri sıradan çıxır. Səhiyyə nazirinin müavini Tszen İsin 1716 həkimin koronavirusa yoluxduğunu etiraf edib. Onlardan 6-sı artıq həyatını itirib.
İsin "South China Morning Post”a açıqlamasında vəziyyətin pis olduğunu gizlətməyib. Onun dediyinə görə, həkimlərin virusa yoluxma halı artacaq.
Bir neçə gün əvvəl xəbər çıxmışdı ki, çinli həkimlər koronavirusdan yaxa qurtarmağın effektli üsulunu tapıblar. Söhbət sağalan xəstələrin qanından yeni pasiyentlərə köçürməkdən gedirdi. Amma hələ də proses lazımi effekt vermir.
Dünyada koronavirusdan əziyyət çəkənlərin sayı 64 mini keçib. Çindən başqa, daha 24 ölkədə virusa yoluxma halə qeydə alınıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !