Çində virusa yoluxanların sayı yenidən artır

21:30 | 25.06.2020
Çində virusa yoluxanların sayı yenidən artır

Çində virusa yoluxanların sayı yenidən artır

Yeni tip koronavirus pandemiyasının ortaya çıxdığı Çində son sutka ərzində 19 yeni yoluxma faktı aşkarlanıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Milli Səhiyyə Komitəsi məlumat yayıb.

Xəbərə görə, yoluxanlardan 5 nəfəri xaricdən ölkəyə daxil olub. 13 nəfər isə paytaxt Pekində qeydə alınıb. Son sutkada ölüm faktı olmayıb.

Beləliklə, bu günə qədər Çində koronavirusa yoluxanların sayı 83 min 499, ölənlərin sayı 4 min 634 nəfərdir. 78 min 433 nəfər xəstəliyə qalib gəlib.
Ötən gün 24 saat ərzində yoluxanların sayı 12 olmuşdu.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb