Çində yük gəmisi körpüyə çırpılıb, ölən və yaralılar var - Video

11:37 | 22.02.2024
Çində yük gəmisi körpüyə çırpılıb, ölən və yaralılar var - Video

Çində yük gəmisi körpüyə çırpılıb, ölən və yaralılar var - Video

Çində yük gəmisinin körpüyə çırpılıb. Bu barədə CNN xəbər verib. 

Xəbərə görə, hadisə Çinin cənubunda baş verib.
 
Qəza nəticəsində körpü ikiyə ayrılıb, 2 nəfər ölüb, 1 ekipaj üzvü yaralanıb. 
 
Quançjoudakı dəniz axtarış-xilasetmə mərkəzi bildirib ki, yük gəmisi Pearl çayı deltasındakı Lixinşa körpüsünə çırpıldıqdan sonra iki avtomobil suya, üç avtomobil isə gəminin üzərinə düşüb. 

Çinin dövlət xəbər orqanı "People's Daily” məlumatına görə, iki nəfər təhlükəsiz əraziyə çıxarılıb, daha üç nəfər isə itkin düşüb. 
 
Hadisə yerinə polis gəmiləri, axtarış-xilasetmə xidməti cəlb olunub və xilasetmə işləri davam etdirilir. 
 

Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM