Anews.az"Xinhua”ya istinadən xəbər verir ki, qatara vurulan 100 TEU (20 futa bərabər yük vahdi) yüklər arasında elektrik cihazlar, metal məmulatlar və ev əşyaları var. Qatarın 15-18 gün ərzində Bakıya çatacağı güman edilir ki, bu da əvvəlki həm quru, həm də dəniz nəqliyyatı ilə daşıma müddətin üçdə ikisi qədərdir.
2019-cu ilin noyabr ayının 25-də Bakı Limanı, Avstriyanın "ÖBB Rail Cargo Group”u (Avstriya Federal Dəmir yollarının logistika üzrə törəmə şirkəti) və Niderlandın "Cabooter Group”u ilə Avropadan Orta Asiyaya və Çinə yük daşımalarının gücləndirilməsi və genişləndirilməsi məqsədi ilə saziş imzalayıblar. Saziş Niderlandın Venlo şəhərindən və Almaniyadan Türkiyəyə (İstanbul), Azərbaycana (Bakı), Orta Asiyaya və daha sonra isə Çinə qədər uzanacaq nəqliyyat dəhlizinin genişləndirilməsini ehtiva edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !