Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın Sakit okean donanmasının komandiri admiral Herri Harris çıxış edib. Admiral Çinin yaratdığı süni adaları Qum səddi adlandırıb.
Herri Harris Çinin nə üçün belə addım atması ilə bağlı məlumatsız olduqlarını bildirib.
ABŞ Milli Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Ceyms Klapper isə ötən ay senatın silahlı qüvvələr üzrə komitəsində çıxışı zamanı Çinin Cənubi Çin dənizində gəmilər və təyyarələr üçün mərkəzlər inşa etdiyi barədə xəbərdarlıq edib. O, tikintisi davam edən adalara hansı silahların və şəxsi heyyətin yerləşdiriləcəyinin bəlli olmadığını bildirib.
Kəşfiyyat rəisi Çinin son 1,5 il ərzində Cənubi Çin dənizindəki addımlarının və mübahisəli adalar yaxınlığında neft axtarışları barədə qərar verməsinin narahatlıq doğurduğunu deyib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !