Hüquq Müdafiəçiləri Monitorinq Qrupunun üzvü Novella Cəfəroğlu “Media forum” saytına deyib ki, əfv üçün prezident İlham Əliyevə göndərdikləri siyahıda 29 məhbusun adı olub: “Bizim siyahıda Müsavat başqanının müavini Tofiq Yaqublunun, Müsavat başqanının müşaviri Yadigar Sadıqlının, REAL Hərəkatının sədri İlqar Məmmədovun, sabiq səhiyyə naziri Əli İnsanovun, jurnalist Əvəz Zeynallının, “Nida”çı gənclərin və digər şəxslərin adları vardı.Əgər bizim siyahıda olan 29 nəfər əfv edilsəydi, Azərbaycan hökuməti ilə Avropa Şurası və digər Avropa qurumları arasında münaqişə olmayacaqdı, Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə normal sədrlik edə biləcəkdi. Çünki Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus 130 nəfərlik siyasi məhbus siyahısı hazırlayıb və həmin siyahını Avropa Şurasının baş katibi Torbyorn Yaqlanda və AŞPA prezidenti Ann Brassörə təqdim edib. Biz həmin 130 nəfərdən 29-nu seçmişdik.İndi bütün beynəlxalq təşkilatlar həmin 130 nəfərlik siyahıdakıların adlarını çəkəcək və onların azadlığa çıxmasını tələb edəcək. Əgər 29 nəfəri buraxsaydılar, bizim beynəlxalq təşkilatlara deyə biləcəyimiz sözümüz olardı. Amma indi Avropa Şurasına nə deyəcəklər?”Novella Cəfəroğli vurğulayıb ki, sonuncu əfv sərəncamı hüquq müdafiəçilərini qane etmir: “Bu sərəncam qənaətbəxş deyil. Sabah Azərbaycan Avropa Şurasına nə deyəcək, bilmirəm”.ANN.Az