Ölkəmizdə nağdsız ödəniş ənənələrinin inkişafına
daim dəstək verən Azərbaycan Beynəlxalq Bankı bu məqsədlə daha bir yeniliyə imza
atıb. Bank, ödənişlərini nağdsız aparmağı sevən müştərilər üçün restoran və
kafelərdə hesabdan əlavə bəxşişləri də kart vasitəsilə ödəmək imkanı yaradıb.
Keyfiyyətli xidməti ilə müştəri məmnuniyyəti yaradan
ofisiantlara sifarişin haqqından əlavə bəxşişin də ödənilməsi əksər ölkələrdə
bir ənənədir. Bu ənənə Azərbaycanda da geniş yayılıb. Amma ölkəmizdə müştərilər
bunun üçün nağd puldan istifadə etməli olurdular. Çünki Azərbaycanda bu cür ödənişləri
nağdsız aparmaq mümkün deyildi. Azərbaycan Beynəlxalq Bankı bir neçə kafe və
restorandakı POS terminallarında pilot olaraq yeni funksiyanın tətbiqinə başlamaqla
bu məhdudiyyəti aradan qaldırıb. Bankla tərəfdaşlıq edən həmin xidmət məkanlarında
bu funksiya artıq işləkdir.
Yeni funksiya "BƏXŞİŞ” adlanır. Müştəri sifarişinin
haqqını kartla ödədikdən sonra istəyinə uyğun olaraq POS terminaldakı "BƏXŞİŞ” menyusuna
keçid alır. Ödəmək istədiyi bəxşişin faiz dərəcəsini göstərib əməliyyatı
tamamlayır. Bu yenilik həm təsərrüfat-xidmət obyektləri, həm də kart sahibləri
üçün müştəri məmnuniyyəti yaradacaq və nağdsız ödəniş ənənələrinə daha bir töhfə
verəcək. Yaradılmış yeni imkan turizmə əlavə dəstək verəcək, ölkəmizə gələn
xarici turistlərin rahatlığı baxımından da faydalı olacaq.
Xidmətdən yararlanmaq istəyən təsərrüfat-xidmət
obyektlərinin sahibləri POS terminalların quraşdırılması üçün bankın 937 nömrəli
Məlumat Mərkəzinə müraciət edə bilər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !