Kiçik və orta sahibkarların etibarlı tərəfdaşı olan Azərbaycan Beynəlxalq Bankı iş adamlarının fəaliyyət imkanlarını genişləndirmək üçün məhsul şərtlərini dəyişib. Bank özünün "Əmək haqqı layihəsinə dəstək” kredit məhsulunu yeni şərtlərlə müştərilərə təqdim edib. Bu məhsul kiçik və orta sahibkarların əmək haqqı xərclərinin maliyyələşdirilməsini nəzərdə tutur. Belə ki, işçilərinin əmək haqlarının ödənişi üçün təcili vəsaitə ehtiyacı yaranan sahibkarlar bu vəsaiti qısa zamanda Azərbaycan Beynəlxalq Bankından əldə edə bilərlər.
Kreditin özəllikləri:
-Məbləğ: 5000 AZN-dən 350000 AZN-dək;
-Müddət:12 ayadək;
-İllik faiz dərəcəsi: 12%-dən başlayaraq.
Bu kredit məhsulunun daha bir üstünlüyü ondan ibarətdir ki, kreditin əldə edilməsi üçün əlavə maliyyə təhlilinə ehtiyac yoxdur. Kredit müştərinin son 6 aylıq ardıcıl əmək haqqı fondunun müvafiq göstəriciləri nəzərə alınmaqla ayrılır. Müştəri ödəniş qrafikini özü müəyyənləşdirir. "Əmək haqqı layihəsinə dəstək” krediti haqqında daha ətraflı məlumatları buradan əldə etmək olar.
Bu imkandan hər bir kiçik və orta sahibkar faydalana bilər. Digər bankların əməkhaqqı layihəsinə qoşulmuş müştərilərin də bu kreditdən faydalanmasına şərait yaradılır. "Əmək haqqı layihəsinə dəstək” krediti üçün Azərbaycan Beynəlxalq Bankının bütün filiallarına müraciət etmək mümkündür.
www.anews.az