Azərbaycan
Beynəlxalq Bankı TamKart sahibi olmaq istəyən müştərilərin seçim imkanlarını
daha da genişləndirib. İndi debet rejimində istifadə edilən TamKart Debet məhsulunu
da Bankdan əldə etmək olar.
İndiyə qədər
TamKart sahibi olmaq istəyən şəxs üçün kredit xətti açıldığından müştərinin rəsmi
iş yerinin olması tələb edilirdi. Amma indi hər kəs TamKart sahibi ola, öz vəsaitlərini
kart hesabına yerləşdirərək nağdsız ödənişlər aparıb kəşbək qazana bilər.
Elə
TamKartın müştərilər üçün əsas üstünlüyü də ödənişlər zamanı onlara kəşbək
qazandırmasıdır. Ödənişlərini bu kartlarla aparan hər bir müştəri xərclədiyi vəsaitin
müəyyən faizini ayın sonunda kart hesabına geri alır. Azərbaycan Beynəlxalq
Bankının "QayğıCash” proqramı çərçivəsində isə Bankla tərəfdaş məkanlarda
alış-veriş zamanı əlavə kəşbəklər də müştərinin kart hesabına geri qayıdır.
TamKart
Debet məhsulu müştərilərə 4 növdə təqdim edilir: VISA TamKart Classic,
Mastercard TamKart Standard, TamKart Gold (VISA/MC), TamKart Platinum (VISA/MC) və TamKart Premium
(VISA/MC). TamKart Debet kartının ön tərəfində debet, arxa tərəfində kredit
kart məlumatları əks olunur. Kartdan istifadə müddəti 5 ildir (TamKart
Premium - 3 il).
TamKart Debet-in əsas özəllikləri:
-TamKart Gold, qiymət - 50 AZN, kəşbək-1%
-TamKart Platinum, qiymət - 100 AZN, kəşbək-1.5%
-TamKart Premium, qiymət - 300 AZN- kəşbək-1.5%
Bu
kartlarla nağdlaşdırma və SMS xəbərdarlıq xidmətindən istifadə üçün xidmət
haqqı tələb olunmur. TamKart Platinum və Premium kartları ilə Chatbot
Concierge, Fastline, Lounge Key, sığorta və digər bu kimi xidmətlərdən də
faydalanmaq mümkündür. Məhsul haqqında daha ətraflı məlumatları buradan əldə etmək,
kartı onlayn sifariş vermək olar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !