İndigo bağçasının Nərimanovda filalı lisenziyası olmadığı üçün Elm və Təhsil Nazirliyinin qrant ayırdığı bağçalar siyahısından çıxarılıb. Bu Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) tərəfindən tədbir görüləcək. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov anews.az-ın sualını cavablayarkən deyib.
"İndigo bağçasının Nərimanov filalı lisenziyası olmadığı üçün qrant alan bağçalar siyahısından çıxarılıb. Qrant müsahibələrində iştirak üçün bağçalar özləri müraciət edir. Əgər son anda bağçanın siyahıdan çıxarılması qərarı verilibsə, bu lisenziyanın ala bilməməsi ilə bağlı olub", - Bağırov bildirib.
Qurum sədri həmçinin bildirib ki, uşaqlar özəl dövlət tərəfdaşlığı çərçivəsində seçdiyi bağçalarda həm Azərbaycan, həm də rus dilində təhsilə cəlb olunacaq.
İndigo bağçası Elm və Təhsil Nazirliyinin "Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi” çərçivəsində seçilmiş bağçaların siyahısında 3 bağçası yer alıb. Lakin sonradan Nərimanov filalında yerləşən filaldan valideynlərə bildiriş mesajı göndərilərək qeyd olunub ki, bağça tərəfindən yerlər geri götürüldüyü üçün müraciət etmək mümkün olmayacaq.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !