Aqrar Sığorta Fondu indiyədək 10 milyon manatdan çox sığorta ödənişi edib. Bunu Fondun İdarə Heyəti sədrinin müavini Ləman Alıyeva-Məmişova deyib.
"Fermerlərə 10,8 milyon manat sığorta ödənişi edilib. Bunun 2,4 milyon manatı 2022-ci ildə, 4,4 milyon manatı 2023-cü ildə, 4 milyon manatı isə 2024-cü ilin ötən dövründə həyata keçirilib", - o qeyd edib.
Cari ilin ilk rübündə Aqrar Sığorta Fondu tərəfindən fermerlərə dolu hadisələri üzrə 503 min manat, sel-subasmaya görə isə 101 min manat sığorta ödənişi edilib.
Sığorta haqqı birdəfəlik və ya hissələrlə ödənilə bilər. Dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissə, yəni sığorta haqqının 50%-i, sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa sığorta haqqı birdəfəlik ödənilir.
Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 479 saylı və 22 dekabr 2021-ci il tarixli 398 saylı qərarlarına əsasən, Azərbaycanda aqrar sığorta hazırda 41 adda bitkiçilik məhsullarını əhatə edir. Bura buğda, arpa, qarğıdalı,kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, tütün, üzüm, fındıq, pambıq, günəbaxan, soya, yonca, noxud, noxud, alça, albalı, alma, armud, çiyələk, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı, zeytun, badam, qoz, soğan, kələm, qarpız, yemiş (qovun), pomidor, sarımsaq, darı daxildir.
Aqrar Sığorta Fondunun çağrı mərkəzinin əlaqə nömrəsi 1651-dir.

Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !