İndoneziya təhlükəsizlik qüvvələri ölkə prezidenti Coko Vidodoya qarşı sui-qəsd cəhdinin qarşısını alıb.
anews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, ötən gün Qərbi Yava əyalətində dövlət başçısına sui-qəsdin təşkil edilməsində şübhəli bilinən 31 yaşlı kişi saxlanılıb.
Üzərində partlayıcı qurğu aşkarlanan şəxs Sirebon şəhər hava limanı yaxınlığında saxlanılıb. Məlumata əsasən, şübhəli sui-qəsdi sentyabrın 19-da, prezidentin helikopter meydançasına gəlişi zamanı həyata keçirməyi planlaşdırıb.
İlkin araşdırmalara görə, saxlanılan şəxs İŞİD-lə əlaqəli yerli ekstremist özəyin üzvüdür. Son zamanlar ölkədə baş verən terror aktlarının arxasında İŞİD-lə əlaqəli yerli qruplaşmalarının durduğu güman edilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !