İndoneziya sahilində zəlzələ olub

19:15 | 25.02.2024
İndoneziya sahilində zəlzələ olub

İndoneziya sahilində zəlzələ olub

İndoneziya sahilində 5,6 maqnitudalı zəlzələ olub.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Təbiət hadisəsinin episentri əhalisi 126 min olan Ranqkasbitunq şəhərindən 117 km cənubda yerləşib. Yeraltı təkanların ocağı 37 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM