İndoneziyada vulkan 5 km yüksəkliyə kül püskürüb

23:59 | 02.03.2021
İndoneziyanın Şimali Sumatra əyalətində yerləşən Sinabunq vulkanı bu gün, təxminən, 5 km yüksəkliyə kül sütunu və tüstü buludları püskürüb.


TASS xəbər verir ki, bu barədə İndoneziyanın "Kompas” nəşri məlumat yayıb.


Xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur, səlahiyyətlilər yerli sakinləri kraterdən 3 km məsafədə qalmağa çağırıblar.


Vulkan son dəfə bu cür aktivliyi 2020-ci ilin avqustunda göstərmiş və yenə 5 km yüksəkliyə kül sütunu püskürmüşdü.


Sinabunq 2 460 m hündürlükdə yerləşən aktiv vulkandır. O, 2010-cu ildə son 400 ildə ilk dəfə kül sütunu püskürüb. 2014-cü ildə Sinabunq vulkanının püskürməsi 16 nəfərin ölümünə səbəb olub. 2016-cı ildə onun aktivliyi nəticəsində 7 sakin ölüb.



www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti