Müəllimin sözü 27 nəfərin ölümünə səbəb oldu

17:40 | 24.09.2019
Müəllimin sözü 27 nəfərin ölümünə səbəb oldu

Müəllimin sözü 27 nəfərin ölümünə səbəb oldu

İndoneziyada etiraz aksiyaları ölümlə nəticələnib. 
 
anews.az saytı xarici mətbuata istinadən xəbər verir ki, İndoneziyanın Qərbi Papua regionunda yüzlərlə insanın iştirakı ilə etiraz aksiyaları keçirilib. Aksiyalar nəticəsində yaranan ixtişaşlar zamanı ən azı 27 adam həyatını itirib. Əksəriyyəti ali məktəb tələbələri olan etirazçılar binalara od vurublar. 
 
Regionun inzibati mərkəzi Vamena şəhərində ən azı 23 nəfər həlak olub. Onların bəziləri yanan binalardan çıxa bilmədikləri üçün ölüblər.
 
Cayapurada daha 4 nəfərin həyatını itirməsi nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.
 
İxtişaşların səbəbi hansısa müəllimin etirazçıları irqi zəmində təhqir etməsi olub.
 
Sentyabrın 23-də başlayan kütləvi etiraz aksiyalarının bu gün də davam etməsi ölüm hallarının daha da artmasına gətirib çıxara bilər.
 
Cayapuradakı zorakılıqların səbəbi bıçaqla və daş-kəsəklə silahlanmış tələbələrin əsgərə və polis zabitlərinə hücum etmələridir.
 
Xatırladaq ki, bundan əvvəl də Qərbi Papuada millətçi qrupların iştirakı ilə zorakılıqla nəticələnən etiraz aksiyaları keçirilmişdi.
 


 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb